Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Banan yeyən 45 qaçqın deportasiya EDİLDİ

Dünya

12 Noyabr 2021 16:55 1322


Sorğu zamanı bir nəfərin "Suriyalılar türklərdən daha yaxşı yaşayır" - açıqlaması suriyalılar arasında gülüş obyektinə çevrilib. 

Yenisabah.az türk mediasına istinadla xəbər verir ki, bunun ardınca suriyalılar "banan trendi"ni başladıblar. Onlar banan yeyərkən məzəmmət xarakterli videolar çəkərək sosial media platformalarında paylaşıblar.

Bu paylaşımlar türkləri bərk qəzəbləndirib. Türklər onların bu paylaşımlarına "Ayıbdır", "Söz tapa bilmirəm", "Qaçqınlar ev sahiblərinin çökməsini izləyir",  "Ağlımdan keçənlərə yaza bilmirəm", "Hörmətsizlikdir" və s. kimi şərhlər yazıblar. Dördpendirli pizza

Sözügedən təxribat xarakterli paylaşımları edən 45 suriyalı qaçqın müəyyən edilərək deportasiya edilmək üçün Geri Göndərmə Mərkəzlərinə yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!