Bank "BTB"-də nə baş verir? - Filiallar bağlandı, 50-dən çox işçi ixtisar olundu

saytların hazırlanması

Evə çatdırılma

Bank "BTB"-də nə baş verir? - Filiallar bağlandı, 50-dən çox işçi ixtisar olundu

İqtisadiyyat

17 Fevral 2020 18:31 936


2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC-nin iki filialı bağlanıb. "Yeni Sabah" xəbər verir ki, bankın "Premium" və "Ticarət" filialı müəmmalı səbəblərdən bağlanmalı olub. Hazırda ASC-nin "Ticarət" filialı "Muğanbank"a satılıb. "Premium" filialının səhimləri isə Baş ofisə köçüb. Bankın filiallarını bağlamasını rəsmi elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub. Qeyd edək ki, yaxın günlərdə daha 4 filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçilərini də təşvişə salıb. Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir. Bankdan Unikal.org-a iki filialının bağlanması xəbərini təsdiq edib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!