Bank hesablarından min manat OĞURLADI

saytların hazırlanması

Evə çatdırılma

Bank hesablarından min manat OĞURLADI

Kriminal

10 Dekabr 2022 12:36 788


Salyan Rayon Polis Şöbəsində Kərimbəyli kənd sakinləri olan iki nəfərin bank hesablarından ümumilikdə 400 manat pullarının oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən kənd sakini Səfa Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun rayon sakini olan daha iki nəfərin bank hesablarından ümumilikdə 600 manata yaxın pul oğurlaması da müəyyən olunub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!