Bank kartları ilə bağlı bu hal yenidən başlayıb -   DİN-dən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bank kartları ilə bağlı bu hal yenidən başlayıb - DİN-dən xəbərdarlıq

Hadisə

03 Oktyabr 2025 18:07 240


Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Qurum vətəndaşların nəzərinə çatdırır ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir: Dördpendirli pizza

"Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın.

Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır.

Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın.

Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin.

Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin.

Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!