Bank kartlarından oğurluq edənlər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Bank kartlarından oğurluq edənlər saxlanıldılar

Hadisə

24 Oktyabr 2025 15:13 244


Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.  Pepperoni pizza

Rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!