Bank kreditləri hansı halda dondurula bilər?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Bank kreditləri hansı halda dondurula bilər? - Cavab

İqtisadiyyat

17 Aprel 2020 16:05 12374


Koronavirusla mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi ilə əlaqədar hazırda strateji əhəmiyyətli obyektlər istisna olmaqla əksər qurumların fəaliyyəti dayanıb. Bu vəziyyət isə insanların maddi baxımdan bir qədər problem yaşamasına səbəb olub.

Əksəriyyət üzərlərinə düşən öhdəliklərin biraz yüngülləşməsi üçün bankların kreditləri dondurmasını istəyir, çünki reallıq odur ki, hazırda bir çox insan üçün kredit ödəmək mümkünsüzdür. Banklar isə buna cavab olaraq özlərinin də kreditlərinin olduğunu bildirərək belə bir addım atmırlar. Maraqlıdır, banklar hansı halda kreditləri dondura bilər? 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verərək bildirib ki, kreditin dondurulması bankların özlərindən asılı olan məsələdir. Bank vətəndaşlardan əmanət qəbul edir və əmanətlər üzrə hər ay onlara faiz ödəyir. Bankın verdiyi kredit bir qayda olaraq onun öz pulu deyil. Bank da kimdənsə faiz alır. Əgər bank öz verdiyi kredit üzrə faizi dondurursa, o, öz öhdəliyini verə bilmir. Bu baxımdan da məsələ bankdan asılıdır. Bir məsələ də var ki, bankın gəliri onun xərcindən çoxdur və bank əgər kreditlərin ödənilməsini dondurursa, deməli, bank bilə-bilə ziyana gedir. Bəs bank bunu hansı hallarda edə bilər? Birincisi, kiməsə öz xoş niyyətini göstərmək üçün edə bilər. Bu gün Azərbaycanda əhalinin vəziyyəti çətinləşib. Evdən çıxmaq problemdir, əksəriyyətin işi yoxdur. Buna görə də bank xoş niyyətini göstərə bilər. Digər amil isə o ola bilər ki, bank buna məcburdur. Banklar bu gün başa düşməlidir ki, əhalinin çoxu hazırkı vəziyyətdə kreditləri ödəməyəcək. Sabah bankın problemli krediti arta bilər. Ona görə də bəlkə də banklar üçün də daha yaxşı olardı ki, kreditlərin ödənilməsini dondursunlar, 3 aylıq tətil elan eləsinlər. Amma reallıq odur ki, bizim banklar buna getmədi, çünki bir aydan çoxdur ki, çətin vəziyyət höküm sürür”.  pizza mizza

Əkrəm Həsənov qeyd edib ki, kreditlərin dondurulması üçün alternativ variant onu dövlət hesabına etməkdir: “Yəni müştərilərin banka ödəyəcəyi faizi dövlət ödəyir. Hazırda Almaniyada, İtaliyada , ABŞ-da belədir. Bu halda artıq banklar özləri dondurmur, dövlət faktiki olaraq müştərinin ödəməli olduğu pulu banka verir.Görünən odur ki, biz də gərək bu variantdan istifadə edək”. 

Sayad Həsənli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İMRAN
    Salam mən 3 aylıq kiriditimi dondurmaq isdeyirem.
    4 months ago
  • Metanet
    Salam Bank kreditlerde odeniwle bagli bezi cetinlikler yaranib ,muveqqeti olara odeniwi nece dondura bilerem Onceden tewekkur edirem
    7 months ago
  • Adil Quliyev
    İki aylıq ödənişi dayandırmaq istəyirəm uşaqların təhsil haqqına görə
    8 months ago
  • Nazpəri
    Salam mənim işim yoxdu krediti ödəyə bilmirəm 3 aylığ dondurmağ istəyirəm
    9 months ago
  • Rəsul
    Salam men işim yoxdu bir aydi isdemirem uni bang dondurmaq isdeyirem 3 ay lıq
    9 months ago