Bank Respublika birinci yarımili artımla başa vurub

saytların hazırlanması

Evə çatdırılma

Bank Respublika birinci yarımili artımla başa vurub

İqtisadiyyat

14 İyul 2025 15:30 2455


Bank Respublika 2025-ci ilin birinci yarımilliyi üzrə maliyyə nəticələrini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri: Sezar pizza

Aktivlər 19,5% artaraq 2,66 milyard manata çatıb;

Məcmu kapital 23,8% artaraq 240,04 milyon manata yüksəlib;

Kredit portfeli 22,8% artaraq 1,53 milyard manata çatıb;

Xalis faiz gəlirləri 15,1% artaraq 81,6 milyon manat təşkil edib;

Xalis əməliyyat mənfəəti 14,06% artaraq 35,86 milyon manata çatıb;

Xalis mənfəət 14,7% artaraq 27,9 milyon manat təşkil edib.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,35% (norma 6,5%);

Məcmu kapitalın adekvatlıq əmsalı — 14,09% (norma 12,5%);

Leverec əmsalı — 5,89% (norma 5%).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!