Banklar gücləndirilmiş iş rejiminə keçir

saytların hazırlanması

Evə çatdırılma

Banklar gücləndirilmiş iş rejiminə keçir

İqtisadiyyat

30 Dekabr 2019 15:52 926


31 dekabr 2019 – 6 yanvar 2020-ci il tarixlərində bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, bayram günlərində ölkədə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Qeyd olunub ki, bayram günlərində Mərkəzi Bank tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Toyuqlu pizza

İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər: Qaynar xətt (+994) 70 922 29 99.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!