Banklar vətəndaşların kredit borclarını bağışlayacaq? – Rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

Banklar vətəndaşların kredit borclarını bağışlayacaq? – Rəsmi cavab

İqtisadiyyat

01 May 2020 08:13 2630


"Banklar kreditləri bağışlamaq imkanına malik deyil".

Bunu Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev İTV-də yayımlanan "3D" verilişində deyib.

Z.Nuriyev bildirib ki, bu gün Azərbaycanın bank sektorunda 8,6 milyard manat əmanət cəmləşib: Marqarita pizza

"Biz bu əmanətlər üçün öz əmanətçilərimizin qarşısında cavabdehik. Bizim borcalanlarımız daima nəzərə almalıdırlar ki, banklarda olan vəsaitlər digər banka əmanətini etibar etmiş insanlarındır. Azərbaycanda ən böyük məsələlərdən biri də əmanətə xəyanət anlayışıdır. Banklar və bu borcu almış insanlarımız heç bir şəkildə bu əmanətə, alınmış borclara qarşı bu cür münasibət nümayiş etdirməməlidir". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!