Bankların kredit portfeli 14% artıb

saytların hazırlanması

Evə çatdırılma

Bankların kredit portfeli 14% artıb

İqtisadiyyat

24 İyun 2025 11:09 560


Bankların kredit portfeli 14% artıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxışı zamanı bildirib ki, bankların kredit portfelinin həcmi son 12 ayda 14% artaraq 28.1 milyard manata çatıb.

Zakir Nuriyev vurğulayıb ki, biznes kreditlərinin artım tempi də yüksək səviyyədə qalaraq 11% təşkil edib. Real sektora verilən kreditlərin həcmi isə 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53%-dən çoxunu əhatə edir. pizza mizza

Banklar sədri əlavə edib ki, kreditlərin dollarlaşma əmsalı 15.2% təşkil edir və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz bəndi azdır.

Cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı isə 1.7% səviyyəsindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!