Bankların yeni hiyləsi - CASHBACK haqda bilinməyənlər... 

saytların hazırlanması

Evə çatdırılma

Bankların yeni hiyləsi - CASHBACK haqda bilinməyənlər... 

Sosial

16 Fevral 2024 12:47 2574


“Cashback” haqqında yanlış düşüncələr mövcuddur. 

Yenisabah.az xəbər verir ki, bu haqda iqtisadçı Eldəniz Əmirov danışıb. O bildirib ki, banklar bu üsuldan müştəri qazanmaq üçün istifadə edirlər: 

“Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur.  pizza mizza

Bank sektorunda isə müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də “Cashback” siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da “Cashback” sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil. Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər.  Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik “tələ mükafatları”na yox, daha strateji məqamlara yönəltmək lazımdır”.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!