Bardakı yaralılardan xəbər var: 3 nəfərin vəziyyəti kritikdi 

saytların hazırlanması

Evə çatdırılma

Bardakı yaralılardan xəbər var: 3 nəfərin vəziyyəti kritikdi 

Hadisə

04 Aprel 2022 14:39 373


Gecə klubunda baş vermiş partlayışla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatı açıqlanıb.

Yenisabah.az-a daxil olan məlumata görə, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib:

"Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.  pizza mizza

Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti  kritikdir.  Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Qeyd edilib ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!