Barıt qoxulu Tovuzdan son -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Barıt qoxulu Tovuzdan son - Fotolar

Rəsmi

14 İyul 2020 11:03 5493


Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir.

“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın əməkdaşları cəbhədəki vəziyyətlə tanış olmaq üçün Tovuza ezam olunublar.

Onlar qızğın döyüşlərin getdiyi, dörd şəhid verdiyimiz Tovuzda əhalinin savaş əhvalını fotokameranın yaddaşına köçürüb. Marqarita pizza

Mərmi qoxulu cəbhə xəttində xalqın mübarizə əzmini heç bir düşmən təxribatı qıra bilmir. Əhali maşınlarla və ya piyada şəkildə ön xəttə doğru irəliləyir.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.

Bu gün səhər saatlarından etibarən düşmən Tovuzun kəndlərini yenidən atəşə tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!