İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtitinin evi qarət olunub.
“Yeni Sabah” "Sport.es”ə istinadən xəbər verir ki, müdafiəçinin evi La Liqanın IV turunda "Valensiya" ilə matç (5:2) zamanı soyulub.
Bu barədə polisə 26 yaşlı futbolçunun qonşuları xəbər edib. Hadisə yerinə gələn polislər oğruların izlərini qeydə alıblar və boş seyf aşkarlayıblar. Futbolçuya dəyən ziyanın məblği bəlli deyil. Dördpendirli pizza
Qeyd edək ki, əvvəllər də “Barselona” futbolçularının başına bu tip hadisə gəlib. Kataloniya təmsilçisinin sabiq futbolçusu Kevin-Prins Boatenq və Jordi Albanın da evi qarət olunub.
Telegram kanalımız