Bütün dünyada kişilərin 90 %-i, qadınların 95%-də ildə bir neçə dəfə hər hansı səbəbdən baş ağrıları olur. Ümumiyyətlə, baş ağrısının səbəbləri çoxdur.
Yenisabah.az xəbər verir ki, beynəlxalq baş ağrısı dərnəyinin prinsiplərində 14 əsas səbəb və yüzlərlə alt səbəblər göstərilir.
Baş ağrısı bəzən özü bir xəstəlik olsa da, çox vaxt başqa bir xəstəliyin əlaməti olaraq ortaya çıxır. Müraciət edən xəstələrdə baş ağrılarının 90%-dən çox səbəbi gərginlik tipli ağrılar, stress və həyacana bağlıdır. pizza mizza
Baş ağrılarında əsas diqqətə alınası vəziyyət isə ağrının xarakteri, ağrının yerləşməsi, onu artıran faktorlar, sıxlığı və müddəti önəmlidir. İstənilən halda, baş ağrıları davamlı olursa, əlavə olaraq baş gicəllənmə, ürək bulanma kimi hallar müşahidə edilirsə, ağrı hər dəfə eyni nahiyyədə olursa, gözlərdə qaralma kimi hallar olursa, bu zaman həkim nevroloqu müayinəsi vacibdir.
Əksər hallarda baş ağrılarının diaqnostikasında fiziki və nevroloji müayinə aparılır.
Baş ağrıları üçün təbii tövsiyələr:
Soyuq tətbiq. Əgər başınızda miqren tutdusa, alnınıza soyuq dəsmal və ya buzlu kompres qoyun. Bu tətbiq miqren ağrılarını aradan qaldırmağa kömək edir. Amma buzlu kompresi başda 15 dəqiqə saxlayıb 15 dəqiqə ara verərək bu prosesi davam etdirmək doğrudur.
Təpə (əmgək) tipi baş ağrınız varsa da, yenə soyuq kompres edin və ya qaranlıq bir yerdə oturun.
Gərginlik tipli baş ağrınız varsa, başınızın arxasına istilik yastığı (qrelka) və ya isti dəsmal qoyun.
Sinus baş ağrınız varsa, ağrıyan nahiyəyə isti dəsmal çəkin və ya isti duş qəbul edin.
Saqqız çeynəməyin, çünki bu, təkcə çənəni deyil, başı da yora, zədələyə bilir. Eyni şey dırnaq, dodaq, yanaq içi və ya qələm çeynəməyə də aiddir. Kövrək və yapışqan qidalardan uzaq durun. Gecə dişlərinizi sıxırsınızsa, diş həkimindən ağız qoruyucusu istəyin. Bu da baş ağrılarınızı azalda bilir.
Maye qəbulu. Bol maye içmək lazımdır. Maye qəbulunun olmaması baş ağrılarına səbəb olur və insanın halını pisləşdirir.
Baş dərisinə basqı. Əgər gün ərzində saçlarınızı at quyruğu kimi saxlayırsınızsa və ya çox sıx yığmısınızsa, bu, baş ağrısına səbəb ola bilir. Bu "xarici sıxılma baş ağrıları" papaq, baş bandı və sıx üzgüçülük eynəklərinin taxılması səbəbindən də baş verir. Əgər baş ağrınız bunlara bağlıdırsa, saçlarınızı bir az boş toplayın.
Qaranlıq. Kompüter ekranından yayılan parlaq və ya yanıb-sönən işıqlar miqren hücumuna səbəb ola bilir. İşıqla bağlı baş ağrılarınız varsa, gün ərzində pəncərələri tünd pərdələrlə örtə və ya günəş gözlüyü taxa bilərsiniz. Kompüterin ekranına parıltı əleyhinə ekranlar əlavə etmək lazımdır. İşıqlandırmanız üçün gün işığı spektrinin flüoresan lampalarından istifadə etmək faydalıdır.
Kofein qəbul edin. Çay və qəhvə kimi tərkibində kofein olan içkilərin qəbulu da baş ağrılarına yaxşı təsir göstərir.
Gərnəşmə tətbiqi. Gərmə hərəkətləri, yoqa, meditasiya və ya əzələlərin rahatlaması baş və digər ağrı növləri üçün faydalıdır.
Masaj. Boynunuzu bir neçə dəqiqə masaj etmək stressin səbəb olduğu gərginlik baş ağrısını aradan qaldırmağa kömək edir.
Telegram kanalımız