Baş bankirdən maaş və təqaüd alanlara   ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Baş bankirdən maaş və təqaüd alanlara ŞAD XƏBƏR

İqtisadiyyat

28 Aprel 2025 18:51 7954


Azərbaycanda əmək haqqı və təqaüdləri digər banklara köçürmək mümkün olacaq.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məsələ iqtisadi ekspertlərlə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında keçirlən görüş zamanı müzakirə edilib.

Bildirilib ki, bununla bağlı Mərkəzi Bank ekosistemin qurulması üçün digər banklara da icazə verəcək. Dördpendirli pizza

Hazırda hesabların daşınması mexanizminin qurulması və digər texniki məsələlərlə bağlı iş davam etdirilir. Yeniliyin bu ilin ikinci yarısından etibarən həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanda təqaüd və digər sosial ödəmələr bir neçə iri bank üzərindən həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!