Baş əsgər dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Baş əsgər dəfn edildi

Sosial

13 İyul 2020 11:35 3161


Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu da dəfn olunub.

Yenisabah.az xəbər verir ki, şəhid doğulduğu Tovuzun Ağdam kəndində son mənzilə yola salınıb. 

Baş əsgər Elşad Məmmədov 1996-cı ildə anadan olmuşdu, 7 aylıq övladı var. Marqarita pizza

Xatırladaq ki, Ermənistan tərəfinin ötən gündən başlayan təxribatı nəticəsində 4 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!