Baş məşqçi AFFA nümayəndəsinə hücum çəkdi, ara qarışdı -   Futbol matçında dava

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi AFFA nümayəndəsinə hücum çəkdi, ara qarışdı - Futbol matçında dava

İdman

25 Sentyabr 2019 11:19 1233


Azərbaycanın “Ağsu” futbol klubunun baş məşqçisinə ağır cəza verilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytından məlumat verilib. Bildirilib ki, AFFA-nın İntizam Komitəsi klubun U-14 komandasının çalışdırıcısı Sönməz Quliyevi 15 oyunluq diskvalifikasiya edib. Buna baş məşqçinin AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki güc tətbiq etməyə, onu döyməyə cəhdi səbəb olub.

U-16 Liqasının “Xilə” ilə matçında “Qarabağ” futbolçusu Rəşad Soyunoğlu da hakimə qarşı təhqiredici ifadələr işlədib. Yeniyetmə futbolçunun cəzası 4 oyun olub. Dördpendirli pizza

Eyni liqanın “Neftçi” İK İB – “Keşlə” matçında qonaqların futbolçusu Hüseyn Quliyev təhqiredici ifadələr işlətdiyinə görə 3 matçlıq diskvalifikasiya edilib.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin “Hövsan”la matçında “Bibiheybət”in oyunçusu Balarza Qədirli hakimə qarşı təhqiredici ifadələr işlədib. Futzalçı 4 oyunluq kənarlaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!