Baş Nazir qərar imzaladı   - Ardıcıl 8 gün iş olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Baş Nazir qərar imzaladı - Ardıcıl 8 gün iş olmayacaq

Sosial

15 May 2020 19:47 3255


Azərbaycan Respublikası Nazirlər Kabineti Respublika ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Qərar verib.  

Yenisabah.az xəbər verir ki, Qərara əsasən; 

1. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin;   Dördpendirli pizza

1.2. xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin.  

2. Müəyyən edilsin ki;  

2.1. bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır;  

2.2. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!