Xəbər verdiyimiz kimi Finlandiyanın Sosial Demokrat Partiyasının liderliyinə seçilən 34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziri oldu.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, gənc baş nazirin bu qələbəsindən çox onun şəxsi həyatı və ailəsi müzakirə mövzusu olub.
Marinin anasının öz həmcinsi ilə evli olması və baş nazirin belə bir ailədə böyüməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. Marqarita pizza

S.Marin ailəsində universitet təhsili alan ilk şəxs olub. O, 2015-ci ildə verdiyi müsahibədə ailəsi haqqında danışa bilmədiyi üçün özünü “görünməz” hiss etdiyini deyib.
Yeni baş nazirlə bağlı digər bir diqqətçəkici məqam onun 22 aylıq qızının olmasıdır. Məhz buna görə o, 37 yaşında Yeni Zelandiyanın Baş naziri təyin olunan Casinda Ardernə bənzədilir.
Söz-söhbətlərə baxmayaraq, S.Marin 2012-ci ildə Tampere şəhərinin bələdiyyə başçısı seçildiyindən bəri karyera pillələrində sürətlə irəliləməyi bacarıb. O, 2015-ci ildə millət vəkili seçilib.

Marin Finlandiyanın 3-cü qadın Baş naziridir. Yaşı ön plana çıxardılan Marin bu barədə sualları belə cavablandırıb:
"Heç vaxt yaşımı və cinsiyyətimi düşünərək hərəkət etməmişəm".
Sabrina Eldarqızı
Telegram kanalımız