Baş nazir Novruz Məmmədov “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nı təsdiq edib.
“Yeni Sabah” xəbər verir ki, təsnifat Təhsil Nazirliyinin təklifini nəzərə alaraq təsdiq olunub.
“Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib. Dördpendirli pizza
“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarında isə aşağıdakı dəyişikliklər edilib:
3.1. adında və 1-ci hissəsində “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” üzrə:
3.2.1. adında “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2.2. “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilsin.
“Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib.
Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.
Telegram kanalımız