“Hazırda Ukraynanın gündə 12 min ton humanitar yardıma ehtiyacı olsa da, bu həcmin yalnız dörddə birini alır”.
Yenisabah.az xəbər verir ki, bunu Varşavada Ukrayna üçün vəsaitin toplanmasına həsr olunmuş ianə konfransında Polşanın Baş naziri Mateuş Moravietski bildirib.
O əlavə edib: Dördpendirli pizza
"Bu məlumatı Ukraynadakı dostlarımızdan aldıq. Hazırda bu cür yardımın cəmi 3000 tonu verilir. Bu, cari ehtiyacların 25 faizindən də azdır.
Qida və gigiyena məhsulları üçün daha çox resursa ehtiyac var. Bütün bunlar indi lazımdır. Ümid edirəm ki, bugünkü konfrans bizə vəsait toplamaqda kömək edəcək".
Baş nazirin sözlərinə görə, Polşa Ukraynaya 180 min tondan çox humanitar yardım çatdırıb:
“Başqa ölkələr, xüsusən də Mərkəzi Avropa və Şimali Avropa ölkələri də oxşar addımlar atır”.
Qeyd edək ki, Donor konfransı Polşa və İsveç tərəfindən Avropa Şurası və Avropa Komissiyasının nümayəndələrinin tərəfdaşlığı, eləcə də BMT-nin iştirakı ilə təşkil olunub. Tədbirin məqsədi Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yeni öhdəliklərin elan edilməsi, təcili humanitar ehtiyacların ödənilməsi üçün vəsait və xərclərin ayrılması, habelə Ukrayna cəmiyyətinə necə dəstək veriləcəyini və uzunmüddətli ehtiyacların həlli yollarını müzakirə etməkdir.
Xatırladaq ki, 2014-cü ildən 2022-ci ilə qədər bütün dövr ərzində Aİ Ukraynaya 17 milyard avro yardım edib.
Avropa Birliyinə üzv dövlətlərin birbaşa tədarükü nəzərə alınmasa, Aİ büdcəsindən Ukraynaya silah tədarükü üçün 1,5 milyard avro ayırıb. Aprelin 9-da Varşavada keçirilən “Ukrayna üçün ayağa qalx” xeyriyyə aksiyası zamanı ukraynalı qaçqınlar və məcburi köçkünlər üçün 9,1 milyard avro yardım toplanıb. Vəsait təkcə Ukrayna üçün deyil, həm də bu ölkədən 5 milyon qaçqını qəbul edən Aİ ölkələri üçün nəzərdə tutulub.
Telegram kanalımız