Baş nazirdən dərmanlarla bağlı 10 milyonluq SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən dərmanlarla bağlı 10 milyonluq SƏRƏNCAM

Sağlamlıq

02 Mart 2020 10:57 977


Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. "Yeni Sabah" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!