Baş nazirə görə rəsmləri yığışdırdılar

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirə görə rəsmləri yığışdırdılar

Dünya

05 Fevral 2026 11:35 404


İtaliyanın paytaxtı Romada yerləşən tarixi San Lorenzo in Lusina Bazilikasında aparılan bərpa işlərindən sonra mələk təsvir olunan bir divar rəsmi müzakirələrə səbəb olub. Səbəb rəsmdəki mələyin üz cizgilərinin İtaliyanın Baş naziri Gorca Meloniyə bənzəməsi idi. Qalmaqal yaradan bu təsvir sonradan bazilikadan götürülüb.

“Yeni Sabah” xəbər verir ki, IV əsrə aid olan bazilika qədim kilsə binasıdır və dini mərasimlərin keçirildiyi tarixi ibadət məkanı sayılır. Bərpa zamanı divarlarda yer alan fresklər, yəni yaş suvaq üzərinə çəkilmiş qədim rəsmlər yenilənib.

Bərpadan sonra mələk fiqurlu fresklərdən birinin Meloni ilə oxşarlığı İtaliya cəmiyyətində geniş müzakirələrə yol açıb. Bir çox insan bazilikaya ibadət üçün deyil, həmin rəsmi görmək və fotoşəkil çəkmək məqsədilə gəlməyə başlayıb. pizza

Bazilikanın məsul nümayəndəsi bildirib ki, məkanın dini xarakterinin qorunması üçün müdaxilə edilib və mələk fiqurunun üz ifadəsi dəyişdirilib.

Məsələ ilə bağlı İtaliya Mədəniyyət Nazirliyi də araşdırma aparıb. Baş nazir Gorga Meloni isə sosial şəbəkədə paylaşım edərək oxşarlığa ironik yanaşaraq, “Xeyr, qətiyyən bir mələyə bənzətmirəm” deyərək ironik münasibət bildirmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!