Baş prokuror sərhəddə şəhid olanların istintaqı barədə göstəriş verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror sərhəddə şəhid olanların istintaqı barədə göstəriş verdi

Maraqlı

17 May 2021 10:52 1009


Baş prokuror Kamran Əliyev Yardımlı rayonunda sərhəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı tapşırıq verib.

Yenisabah.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!