Baş Prokuror Vilyam Hacıyevin oğlunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokuror Vilyam Hacıyevin oğlunu işdən çıxardı

Hadisə

01 Aprel 2022 19:30 1258


İmişli rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.

Yenisabah.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. 

Baş Prokurorluğun Mətbuat xidməti Qaynarinfo-ya xəbəri təsdiq edib. Dördpendirli pizza

Qeyd edək ki, Məhəmməd Hacıyev ötən ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad edilərək, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!