Baş Prokurorluqdan Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA

Hadisə

09 Fevral 2020 11:32 1032


Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Yeni Sabah"ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov facebook sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur. Sezar pizza

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!