Baş Prokurorluqdan deputatlığa namizədin ölümü ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan deputatlığa namizədin ölümü ilə bağlı AÇIQLAMA

Hadisə

10 Fevral 2020 07:50 1120


Baş Prokurorluq deputatlığa namizədin ölüm faktı ilə bağlı xəbər yayıb.

Baş Prokurorluqdan "Yeni Sabah"a bildirilib ki, fevralın 9-da saat 23.00 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.  

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.   Dördpendirli pizza

İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22.00 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat edib.  

Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb.

Mahir Hüseynovun namizəd olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!