Baş Prokurorluq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərliyə göstərilən təzyiq faktı ilə bağlı cinayət işi başlanması haqqında yayılan məlumatlara münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov e-huquq.az-a açıqlamasında deyib ki, yayılan məlumat həqiqəti əks etdirmir.
"Fakt üzrə cinayət işi başlamayıb. Yalnız vəkil Orxan Kəngərlinin şikayəti əsasında Binəqədi Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır" - deyə, E. Sultanov qeyd edib. Marqarita pizza
Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində təzyiqə məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu məsələyə bəzi vəkillər də münasibət bildirərək, hadisəni pisləyiblər. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da sosial şəbəkədə hadisə ilə bağlı status paylaşıb.
Daxili İşlər Nazirliyi də Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib. Bildirilib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır.
Daha sonra bu iş üzrə Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.
Telegram kanalımız