Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun verdiyi itkiləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bu günə kimi Rusiya təxminən 23 500 hərbçisini itirib. Həmçinin 84 qanadlı raket, 2 471 zirehli döyüş maşını, 1 026 tank, 450-dən çox artilleriya sistemi, 192 təyyarə, 155 helikopter vurulub. Toyuqlu pizza
Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.
Telegram kanalımız