Baş Qərargah: Öldürülən rus hərbçilərinin sayı 26 minə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Baş Qərargah: Öldürülən rus hərbçilərinin sayı 26 minə çatıb

Dünya

10 May 2022 10:53 352


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada məhv edilən hərbçilərinin sayı 26 min nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat yayıb.

Bundan başqa, Rusiyanın indiyə qədər 1170 tankı, 2808 zirehli döyüş maşını, 519 artilleriya sistemi, 185 RYAS-ı, 87 hava hücumundan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 158 helikopteri, 94 qanadlı raketi, 1 980 nəqliyyat vasitəsi, 12 gəmi kateri, 380 dronu və 41 xüsusi texnikası sıradan çıxarılıb. Sezar pizza

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!