“İnter”in italiyalı müdafiəçisi Alessandro Bastoniyə “Real Madrid” klubu elçi düşüb. 26 yaşlı mərkəz müdafiəçisi üçün “kral klubu” istənilən məbləği təklif etməyə hazırdır.
Yenisabah.az xəbər verir ki, Rüdiger, Alaba və Militaodan istədiyi performası ala bilməyən madridlilər yeni müdafiəçi axtarışındadır. Əsas namizədlər isə “İnter”dən Allesandro Bastoni və “Arsenal”dan Uliyam Salibadır.
Son illər İtaliya müdafiə ekolunun ən istedadlı nümayəndələrindən olan Alessandro Bastoni “İnter”in Çempionlar Liqasında yarımfinala və İtaliya A Seriyasında liderliyə oynamasında böyük paya sahibdir. Hazırda futbolçunun bazar dəyəri 80 milyon avrodur. pizza hut
Telegram kanalımız