Batutçularımız qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Batutçularımız qızıl medal qazandı

İdman

23 May 2019 11:36 1021


Ötən gün Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından “Yeni Sabah”a verilən məlumata görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!