BAXCP-dən İdris Quliyev haqda açıqlama: “Belə bir davranışı pisləyirəm”

saytların hazırlanması

Evə çatdırılma

BAXCP-dən İdris Quliyev haqda açıqlama: “Belə bir davranışı pisləyirəm”

Siyasət

24 Noyabr 2021 13:46 2383


“İdris Quliyev uzun müddətdir ki, nəinki BAXCP-nin Lənkəran təşkilatının sədridir, ümumiyyətlə, partiyanın üzvü deyil”.

Bunu “Yeni Sabah”a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib. O, bildirib ki, İ. Quliyev Dairə Seçki Komissiyasında təmsil olunur və Seçki Məcəlləsinin tələbinə uyğyn olaraq BAXCP üzvlüyündən çıxıb.

İ. Quliyevin “Yeni Sabah”a zəng edərək BAXCP sədri Qüdrət Həsənquliyevlə bağlı yazıya görə təhqirlər səsləndirməsinə gəldikdə, E. Mirzəbəyli deyib ki, bunu o təəssübkeş kimi edib:  pizza hut

“Amma bu formada təəssübkeşliyi biz nə partiya olaraq, nə də mən vətəndaş olaraq qəbul etmirik. Nəinki jurnalistə, heç bir şəxsə qarşı təhqir səsləndirmək qəbulolunmazdır. 

Mediada yayılmış xəbərdə təqdim olunanların həqiqət və yalan olmasından asılı olmayaraq , söyüş və təhqirlə cavab verilməsi doğru yanaşma deyil. Mən də jurnalist olaraq belə bir davranışı pisləyirəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!