Bayden 2 il sonra yenə namizəd olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bayden 2 il sonra yenə namizəd olacaq

Siyasət

19 Aprel 2022 17:26 505


ABŞ prezidenti Co Bayden, keçmiş prezident Barak Obamaya 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyini planlaşdırdığını bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə aprelin 19-da “The Hill” qəzeti məlumat yayıb.

“Bayden seçkiyə getmək istəyir və açıq şəkildə hamının bu barədə məlumatlı olmasını istəyir”, - mənbə bildirib. Onun sözlərinə görə, Bayden Respublikaçılar Partiyası tərəfindən namizəd göstəriləcəyi təqdirdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərində qalib gəlmək şansı ən yüksək olan Demokratlar Partiyasının nümayəndəsi olaraq qalacaq. Pepperoni pizza

“Bayden Trampı məğlub edə biləcək yeganə şəxs olduğuna inanır”, - deyə Bayden və Obama arasındakı söhbətin məzmunu ilə tanış olan mənbə bildirib. 

Qəzet yazır ki, Ağ Ev şərh verməkdən imtina edib və Baydenin müşavirlərindən biri deyib ki, prezidentin özü ikinci müddətə namizəd olmaq niyyətini açıq elan edib. 

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!