ABŞ prezidenti Co Bayden Rəcəb Tayyib Ərdoğanı ABŞ-a səfərə dəvət edə bilər.
Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyə nəşri bununla bağlı yazır:
“Türkiyə-Amerika münasibətlərində böhran yoxdur. Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Türkiyə-Amerika münasibətlərindəki ab-hava dəyişdi. İş o yerə çatıb ki, F-16-nın satışının təsdiq edilib-edilməyəcəyi barədə danışarkən ABŞ F-35 layihəsinə qayıtmağımız məsələsini gündəmə gətirib”. Dördpendirli pizza
“Hürriyet” qeyd edir ki, ABŞ öz “xoş niyyəti” ilə daha da irəli gedərsə və təklif irəli sürərsə, yeni vəziyyət yaranacaq.
“Ankara bu vəziyyəti gözardına vura bilməz. Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişində bir məqam var ki, onu da nəzərdən qaçırmaq olmaz. NATO-nun genişlənməsi prezident Bayden üçün “qırmızı bayraq” idi. Biz bunu dəstəklədik, amma bu, təmənnasız dəstək olmadı. Bu məsələnin digər tərəfində ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var. Bayden seçkiyə gedən yolda İraq və Suriyadan qoşunların çıxarılmasını müzakirə edir. Bu vəziyyətdə ABŞ-ın Türkiyəyə ehtiyacı var.
Əslində, bu vəziyyət ABŞ-dakı ehtiyacımızdan da çoxdur. Prezident Baydenin prezident Ərdoğanı ABŞ-a səfərə dəvət etməsi Türkiyə-ABŞ münasibətlərində “yaz havasını” taclandıracaqmı? Niyə də yox?"
Telegram kanalımız