Mayın 3-də Ağ Evdə Fitr bayramı münasibəti ilə xüsusi qəbul keçirilib.
Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların müsəlman icmasının təmsilçiləri üçün ziyafət təşkil edib.
Tədbirdə çıxış edən dövlət başçısı bir sıra açıqlamları ilə diqqət çəkib. pizza hut
"Hər üç əsas din arasında çoxlu oxşarlıqlar var. Amma Ramazanın üstünlüyünün olduğunu bilmənizi istəyirəm. Pasxada 40 gün oruc tutmalıyam. Şirniyyatsız və dondurmasız 40 gün. Mən də bunu etdim. 40 gün. Bu Ramazanda oruc tutmaqdan daha çətindir, uşaqlar. Nə demək istədiyimi başa düşürsüz?" - deyən Bayden sözləri gülüş doğurub.
ABŞ prezidentinin daha bir açıqlaması da böyük maraq doğurub.
O, İslam, xüsusilə şiə məzhəbi təlimini öyrənmək qərarını açıqlayıb:
"İslamın təfərrüatlarını nə qədər az bildiyimi dərk etdim. Bilirdim, bu barədə bilirdim, amma mövcud olan fərqləri bilmirdim. Mən gizli İmamın nə olduğunu bilmirdim, yəni mən buna görə qərara gəldim və mənimlə işləməyə gələn, işini yaxşı bilən professoru, islamşünaslıq professorunu işə götürdüm".
Telegram kanalımız