Bayden: “Məlumatları jurnalistlərdən almasaydıq, bu dünya fərqli olardı“

saytların hazırlanması

Evə çatdırılma

Bayden: “Məlumatları jurnalistlərdən almasaydıq, bu dünya fərqli olardı“

Dünya

01 May 2022 11:59 338


“Təsəvvür edin, bütün bu məlumatları jurnalistlərdən almasaydıq! Bu, fərqli dünya olardı". 

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

"Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi ifadə edə bilmərəm”, - ABŞ rəhbəri vurğulayıb. Pepperoni pizza

Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan dövlət başçısı Ukraynadakı müharibədə yaralanan və ya həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının ev sahibliyi etdiyi qala-ziyafət 2020 və 2021-ci illərdə pandemiya səbəbindən keçirilməyib və sabiq prezident Donald Trampın ümumiyyətlə orada iştirak etmək ənənəsi olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!