Bayden: Putin azad xalqın iradəsini sındırmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Bayden: Putin azad xalqın iradəsini sındırmaq istəyir

Dünya

04 Sentyabr 2024 09:36 360


Co Bayden Rusiyanın Poltavaya 50-dən çox insanın ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən raket hücumu ilə bağlı bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, ABŞ prezidenti sərt ifadələr işlədib:

"Mən bu dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün iyrənc cəhdlərini davam etdirdiyinə dair faciəvi xatırlatma rolunu oynayır”. pizza sifarişi

Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın yanında olmağa və ona hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım göstərməyə davam edəcək.

Çərşənbə axşamı səhər saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə raket zərbəsi endirib, Rabitə İnstitutunun binalarından biri qismən dağıdılıb.

Son məlumatlara görə, 51 nəfər ölüb, 271 nəfər yaralanıb. Zərbə iki ballistik raketlə endirilib, Ukrayna Müdafiə Nazirliyi bildirib.

Ukrayna Quru Qoşunlarının bəyanatında deyilir ki, zərbə nəticəsində onlarla hərbçi həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!