Ukrayna Rusiyanın amansız hücumlarına qarşı xətti saxlaması üçün daha çox ABŞ dəstəyinə ehtiyac duyur.
Yenisabah.az xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin Ukraynada müharibənin ikinci ildönümünə dair bəyanatında belə qeyd olunub:
"Bu müharibədən 2 il keçsə də, Ukrayna xalqı böyük şücaətlə döyüşməyə davam edir. Amma onların döyüş sursatı tükənmək üzrədir. İran və Şimali Koreyadan silah-sursat tədarükü vasitəsilə mümkün olan Rusiyanın amansız hücumlarına qarşı dayanmaq üçün Ukraynanın ABŞ-dan daha çox təchizata ehtiyacı var. Buna görə də Nümayəndələr Palatası çox gec olmadan iki partiyalı milli təhlükəsizlik əlavə qanun layihəsini qəbul etməlidir". Toyuqlu pizza
Bəyanatda qeyd edilib ki, sözügedən qanun layihəsi Ukraynaya təcili yardımı maliyyələşdirməklə yanaşı, ABŞ-ın öz müdafiə sənayesi bazasına investisiyaları da nəzərdə tutur.
Bayden əlavə edib ki, bu kritik anda Ukraynanın dəstəkləməsindəki uğursuzluq unudulmayacaq.
Telegram kanalımız