Baydenin yerinə 2 qadın namizəd - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Baydenin yerinə 2 qadın namizəd - Sorğu

Dünya

27 Noyabr 2021 10:07 1016


Co Bayden ikinci müddətə namizədliyini irəli sürə bilməsə, vitse-prezident Kamala Harris və ya Mişel Obama 2024-cü il ABŞ seçkilərində dmokratların əsas namizədi olacaq.

Yenisabah.az "The Hill"ə istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatlarda keçirilmiş son sorğunun nəticələri göstərir.

Harris mümkün namizədlər arasında liderdir və respondentlərin 13%-i onu dəstəkləyir. Mişel Obama isə 10% səslə ikinci yerdədir. Dördpendirli pizza

Siyahıda yer alan bütün namizədlərdən yalnız 5% və ya daha az respondentin dəstəyini qazanıb.

Sorğuda digər namizədlər arasında 2020-ci il prezident seçkilərinə namizəd olan Berni Sanders, Elizabet Uorren, Kori Buker, Maykl Blumberq, Endrü Yanq və Pite Buticicin də adları daxil edilib.

Seçicilərin 36 faizi hələ də kimə səs verəcəyini bilmir, 13 faizi isə siyahıda olmayan şəxsə səs verəcəyini bildirib.

xatırladaq ki, Co Bayden ad günü ərəfəsində, noyabrın 19-da Uolter Rid xəstəxanasına yerləşdirilib. O, səlahiyyətlərini Kamala Harrisə təhvil verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!