Bayram günləri işləyənlərə ikiqat pul veriləcək? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bayram günləri işləyənlərə ikiqat pul veriləcək? - RƏSMİ AÇIQLAMA

Sosial

20 Mart 2024 23:31 1682


Novruzla bağlı qeyri-iş günlərinin olmasına baxmayaraq, bayramda işləyənlər də az deyil.

Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

“Bayram günlərində də işə çıxıram. İndi işə gedirəm. Restoranda işləyirəm. İkiqat maaş almıram, əlavə pul da vermirlər. Əksinə, maaşımdan da az verilib”, - sakin deyib. pizza sifarişi

Bəs bayram günlərində işdə olanlara əməkhaqqı hansı qaydada verilməlidir?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, bayramda, istirahət günlərində işə çıxanlara ikiqat pul ödənilməlidir:

“Elə sahələr var ki, iş dayanmır. Onlarda qrafik üzrə olduğu üçün fərq etmir. Qeyri-formal əmək sektorunda bunu çətin ki, etsinlər”.

Vəkil Hikmət Əliyev isə qeyd edib ki, bayram günlərində və əlavə vaxtlarda işə cəlb edilmiş şəxslərə əlavə haqqın ödənilməməsi işçi tərəfindən şikayət ediləcəyi təqdirdə vəzifəli şəxslər 1500 manatadək məbləğdə məsuliyyətə cəlb edilə bilərlər. Vəkil həmçinin əlavə edib ki, işçi bayram günündə çalışdığı üçün ona ödənilməyən pul vəsaitinin verilməsi ilə bağlı məhkəmədə iddia da qaldıra bilər.

Daha ətraflı Baku TV-nin materialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sara
    biz rabiteciyik ne emek haqqimizartmir nede elave pul yazilmir yeniki bu qaydalarin rabiteye dexlisi yoxdu bayram gunleride hergun novbetci bolunmekle 09.00 16.00 kimi ise gedirik
    2 years ago
  • Vurgun
    Bu paylasdiqlariniz melumata ozuniz inanirsiz hec olmasa
    2 years ago