“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu yaxınlarda deyib ki, Azərbaycan həmişə Moskvadakı görüşlərə razılıq verib. Yəni Moskvanın dəvəti olsa da, hələlik təsdiq edilməyib”.
Bu sözləri Yenisabah.az-la söhbətində Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
O, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Skopye və Brüsseldə keçirilən tədbirlərdə görüşməməsinə münasibət bildirib. Dördpendirli pizza
F. Məmmədov aydınlaşdıırb ki, hazırkı dövrdə Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslar mövcuddur:
“Məncə, xarici işlər nazirləri səviyyəsində olan görüşlərin üçüncü dövlətlərin vasitəçiliyi ilə keçirilməsi məqsədəuyğun deyil. Çünki bu proses başlayıbsa, deməli, ikitərəfli formatda da davam etməsi vacibdir. Onsuz da vasitəçilər prosesdən tam xəbərdardır, bilirlər ki, sülh sazişinin hansı versiyası masa üstündədir”.
Analitikin sözlərinə görə, əgər tərəflər görüşmək istəyirsə, onların hansısa vasitəçilərin masasında oturması o qədər vacib olmamalıdır:
“Deməli, bu mərkəzlər vasitəçilikləri ilə öz maraqlarını reallaşdırmağa çalışacaqlar, bu da prosesə ciddi şəkildə maneə törədəcək. Ümumiyyətlə, indiki dövrdə geosiyasi mərkəzlərin münasibətlərin tənzimlənməsi üçün hər hansı bir məkana üstünlük verməsi düzgün deyil. Düşünürəm ki, xarici işlər nazirlərinin görüşü də ikitərəfli formatda keçirilməli və məkan olaraq da həmin geosiyasi mərkəzlərin paytaxtı seçilməməlidir”.
Bəzi analitiklər Prezident Əliyevin ADA-dakı çıxışını rəsmi İrəvana irəli sürülən yeni sülh şərtləri kimi yozurlar. F. Məmmədov bu yozumla razılaşmır:
“19-20 sentyabr əməliyyatlarından qabaq Qarabağ erməniləri ilə bağlı Ermənistanın təşəbbüslərinə cavab olaraq Azərbaycan qərbi azərbaycanlılar mövzusunu ortaya atırdı. Deyirdik ki, Qarabağda ermənilər var, amma Ermənistanda azərbaycanlı yoxdur. Antiterror əməliyyatlarından sonra isə mövqelər eyniləşib və Azərbaycanda erməni, Ermənistanda isə azərbaycanlı qalmayıb:
Hazırda bu ziddiyyət təşkil edən məqama münasibət də artıq tam olaraq eynidir. Əgər İrəvan Qarabağ erməniləri məsələsini vurğulayacaqsa, onda qərbi azərbaycanlılar məsələsi həll edilməlidir. Yəni hər ikisi olmalıdır. Lakin məntiqli olardı ki, heç biri olmasın”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız