Azərbaycan Ermənistanla münaqişədən sonra normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.
Yenisabah.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ilə üçtərəfli görüşdə deyib.
O bildirib: “Münaqişədən sonrakı bu normallaşma müxtəlif yollardan ibarət bir prosesdir. Bütün traslarda paralel işin tərəfdarıyıq. Biz inanırıq ki, onlar bir-birini tamamlayır”. Sezar pizza
V. Bayramov qeyd edib ki, ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq müşahidə olunub:
“Prinsipcə, may ayından dinamikanın ardıcıl və müsbət olmasına çox müsbət yanaşırıq. Artıq sülh müqaviləsi, liderlərin görüşü ilə bağlı komandalar səviyyəsində görüşlər, danışıqlar olub. İnanırıq ki, bugünkü danışıqlar da səmərəli olacaq və bir daha bütün məsələlər spektrini nəzərdən keçirmək imkanı verəcək.
Təbii ki, bu, həm də ikitərəfli əsasda Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi ilə bağlı mövzuların müzakirəsini davam etdirmək üçün yaxşı fürsətdir”.
Telegram kanalımız