Bayramovla Mirzoyan yenə görüşür: Qarabağ düyünü Moskvada açılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bayramovla Mirzoyan yenə görüşür: Qarabağ düyünü Moskvada açılacaq?

Siyasət

18 May 2023 12:45 1213


“Sülh prosesi asan bir proses deyil. Çünki uzun illərdir davam edən münaqişə və qarşılıqlı inamsızlıq var. Eyni zamanda regionda marağı olan fərqli-fərqli dövlətlər çox aktiv şəkildə prosesə müdaxilə edir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nəsimi Məmmədli deyib. 

O, mayın 25-də Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Moskva görüşü barədə səsləndirilən fikirlərə münasibət bildirib. pizza sifarişi

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev mediaya açıqlamasında deyib ki, Moskva görüşündən hər hansı bir ciddi nəticə gözləmir. 

Öz növbəsində, N.Məmmədli qeyd edib ki, dövlətlərin özündə də bu məsələ ilə bağlı tərəddüdləri və qeyri-müəyyənlik var: 

“Ona görə də sülh prosesinin ağır getməsi anlaşılandır. Bu danışıqların bir neçə müstəvidə aparılması da məhz bu dövlətləri geosiyasi maraqları ilə bağlıdır. Eyni zamanda xalqları sülhə yaxınlaşdırmaq istiqamətində belə təşəbbüslər var”. 

Analitik xatırladıb ki, danışıqlar faktiki olaraq Rusiyanın müəyyən etdiyi 10 noyabr 2020-ci il bəyanatı formatında aparılır: 

“Bugünkü status-kvonun ortaya çıxardığı sənəd 10 noyabr atəşkəs bəyanatıdır. Doğrudur, yeni formata cəhdlər var, xüsusilə də Ermənistan tərəfindən. Amma Azərbaycan haqlı olaraq bunu qəbul etmir, çünki indiki status-kvo, əlbəttə ki, 44 günlük müharibənin nəticəsidir və Azərbaycan bunun dəyişilməsində maraqlı deyil”. 

Müsahibimizin fikrincə, həm Brüssel, həm Vaşinqton, eyni zamanda Moskva, Soçi və digər bu tipli görüşlərdə müəyyən irəliləyişlər olub, amma təməl məsələlərlə bağlı razılıq elə də asan deyil: 

“Ona görə də sülh prosesi yubanır. Azərbaycan nə ABŞ-ın, nə Avropa İttifaqının, nə də Rusiyanın vasitəçilik missiyasından imtina etməlidir. Çünki biz mövcud şəraitdə ən güclü olan və mövqeyi tam aydınlaşmış bir tərəfik. Ona görə də danışıqlar formatının hər hansı birindən kənarda qalmaq Azərbaycan üçün əlverişli deyil. Əksinə, Azərbaycanın hər bir formatda iştirak edib öz mövqeyini ifadə etməsi doğrudur”. 

Politoloq düşünür ki, sülh prosesinin yubanması təkcə ABŞ-ın, Avropa İttifaqının və yaxud Rusiyanın vasitəçilikləri ilə bağlı deyil:

“Bu, Ermənistan cəmiyyətinin hələlik sülhə hazır olmaması və Azərbaycanla bağlı iddialarını tam şəkildə aydınlaşdırmaması ilə bağlıdır. Xüsusilə də Ermənistanda sülhə mane olmaq arzusunda olan revanşist qüvvələr var, eləcə də erməni diasporu var ki, onlar da sülh məsələsindən uzaqdadır. Yaxud erməni kilsəsini misal göstərə bilərik ki, onlar da bu istiqamətdə çox fəaldır”. 

Siyasi təhlilçi diqqətə çatdırıb ki, bu amillərin özü Paşinyan hökumətini ehtiyatlı davranmağa vadar edir:

“Onlar düşünür ki, nə qədər ki Rusiya-Ukrayna müharibəsinin nəticəsi bəlli deyil, eyni zamanda Cənubi Qafqazın özündə, Türkiyə müəyyən aydınlaşma prosesini tərəflər nəzərə alır. Məncə, sülh prosesinin yubanması bu amillərlə bağlıdır”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!