Soy kökümüzün, dini dəyərlərimizin, müasirliyin, milli dövlətçiliyimizin simvolu olan üçrəngli bayrağımız azadlıq və istiqlal uğrunda apardığımız mücadilənin nəticəsidir.
44 günlük Zəfərdən və anti-terror tədbirlərindən sonra şanlı bayrağımız bütün Qarabağ və Şərqi Zəngəzurda da dalğalanmaqdadır. Əminəm ki, çox keçməyəcək ki, üç rəngli bayrağımız Qərbi və Cənubi Azərbaycanda da ucalacaqdır.
Milli suverenliyimizin və bütövlüyümüzün atributu kimi hər birimiz üçün müqəddəs olan Bayraq Günümüz mübarək! Sezar pizza
Fəzail Ağamalı,
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri
09 noyabr 2023-cü il
Telegram kanalımız