Bazar günü 40 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü 40 dərəcə isti olacaq

Sosial

18 İyul 2020 13:18 1128


19 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq. Dördpendirli pizza

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.  

19 iyulda Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz  23-28 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!