“Bazara 500 manatla gedirəm, amma heç nə ala bilmirəm”

saytların hazırlanması

Evə çatdırılma

“Bazara 500 manatla gedirəm, amma heç nə ala bilmirəm”

Şou

16 İyun 2022 17:12 2711


Pandemiyadan sonra qızğın toy mövsümü başlasa da, bu il adət yerini tutmadı. Ötən illərə nisbətən bu il demək olar ki, toyların sayı kəskin azalıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə toyların azaldığını etiraf edib.

Onun sözlərinə görə, insanların büdcəsi maddi cəhətdən zəiflədiyi üçün el şənliklərində də azalma müşahidə edilir: Sezar pizza

“Toylarda əvvəlki ab-hava yoxdur, çünki hər şey bahalaşıb. Məsələn, mən əvvəllər bazarlıq üçün 500 manat götürürdüm, evə lazım olan hər şeyi alırdım, normal bazarlıq edirdim. 10-15 günlük ərzağımı alırdım. Amma indi gedirəm 500 manatla o bazarlığı edə bilmirəm. Bahalaşmayan yalnız ətdir. Elə ediblər ki, məcbursan sümüksüz ət almağa, çünki sümüklü ət 11 manat, sümüksüz isə 15 manatdır. Sümüklü alanda  elə sümüklər qoyulur ki, ətin yarısından çoxu sümük olur. Məcbur olursan 15 manatlıq sümüksüz ət alasan ki, 2 kiloqram normal ətin olsun. Ətin qiymətini də bu cür siyasətlə, bicliklə artırıblar”.

Sənətçi qeyd edib ki, marketlərdə az qala hər gün bütün məhsullarda gözlə seziləsi artım hiss olunur:

“Mən dükana gedəndə bunu aydın görürəm, bir az imkanı olanlar ala bilir, bəs başqaları nə etsin? Gilas 12 manatadır, ən ucuz gilas 8 manatdır, alça 8 manata satılır. Həmişə alanda satıcılara deyirəm ki, bunu imkanı olanlar aldı, bəs yaxşı əhalinin imkansızı, hamiləsi, uşağı var, axı onlar da meyvə yemək istəyir. Deyirlər ki, Nadir müəllim, bizlik deyil, biz də baha alırıq, ona görə bu qiymətə satırıq. Günah satıcılarda da deyil, çünki məhsul mənbəyindən bahadır. O gün 5 manata aldığım məhsul bu gün görürəm ki, 7 manata olub. Bu gün ərzaq məhsulları bahalaşdığına görə şadlıq evlərində də qiymətlər qalxıb. 30 manatlıq menyu 50-55, 100 manatlıq  menyu 200 manat olub. Şadlıq sarayının rəhbərləri də əvvəllər 10 manata quzu əti alırdılarsa, artıq 15-16 manata alırlar. Gücü çatan əhali bahalı yerdə toyunu edir, çatmayan da bütün günü ucuz yer axtarır. Kasıb insanlar üçün 20 manat da böyük puldur. O üzdən hiss edirəm ki, toylar azalıb”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!