Noyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri Aynur Nəsirovanın təşkilatçılığı ilə "TMB" - 100.5 FM “Üçü birində” səhər verilişinin aparıcıları ilə görüş keçirilib.
Yenisabha.az xəbər verir ki, aparıcılar Surxay Əsgərov, Qumru Səfiyeva və Elgün Hüseynov Jurnalistika fakültəsinin II kurs tələbələrinə radio jurnalistikası ilə bağlı geniş məlumat verib.
BDU tələbələri əyani olaraq verilişlərin hazırlanma qaydası ilə tanış olub və görüşün sonunda mövzuya aid suallar ünvanlayıblar.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız