BDU-nun xanım tələbələri şantaj olunur? - İddia

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun xanım tələbələri şantaj olunur? - İddia

Sosial

24 Fevral 2026 13:23 762


Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.

"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Tələbələrin fotoları onların "TikTok" profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb. pizza hut

İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir kişi edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq tələbələrinə qarşı qərəzi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!